HİLAL MƏMMƏDOV TƏCRİDXANADA DÖYÜLÜB

Noyabrın 29-na keçən gecə Kürdəxanı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Hilal Məmmədov kamera yoldaşı tərəfindən döyülüb və bədən xəsarətləri alıb. Bu barədə Məmmədovun yaxınlarının Turana verdiyi məlumata görə, iki həftə əvvəl ikinəfərlik kameraya onun yanına psixi pozuntuları olan məhbus yerləşdiriblər. Kamera yoldaşı özünü qeyri-adekvar və aqressiv aparırdı, buna görə Hilal Məmmədov normal yata bilmirdi. Noyabrın 29-na keçən gecə kamera yoldaşı Məmmədova hücum edib və ona bədən xəsarətləri yetirib. Yalnız keşikçilərin müdaxiləsi onu daha ağır nəticələrdən xilas edib.

Qeyd edək ki, Hilal Məmmədovun müdafiə tərəfi dəfələrlə istintaq təcridxanası rəhbərliyindən psixi cəhətdən anormal olan kamera yoldaşını kameradan çıxarmağı xahiş edib, lakin müraciətlərə məhəl qoyulmayıb.
Sülh və Demokratiya İnstitutundan “Turan”a verilən məlumata görə, müxtəlif ölkələrdən olan alimlərdən ibarət növbəti qrup Hilal Məmmədovu azad etmək xahişi ilə İlham Əliyevə müraciətə qoşulublar.
Xatırladaq ki, “Tolışi sədo” qəzetinin redaktoru və eyniadlı mədəniyyət mərkəzinin rəhbəri casusluqda, milli ayrı-seçkilik salmaqda və narkotik saxlamaqda ittiham olunub. O, 2012-ci ilin iyun ayında həbs edilib.
Lakin həmkarları və beynəlxalq ictimaiyyət onu potensial siyasi məhbus olaraq qəbul edib, belə ki, həbsin əsl səbəbi onun hüquq müdafiə fəaliyyəti olub.

Previous Post

JURNALİST İDRAK ABBASOV ONA QARŞI TƏXRİBAT HAZIRLANDIĞINI DEYİR

Next Post

JURNALİST İDRAK ABBASOV ƏTRAFINDA VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.