HİLAL MƏMMƏDOV BARƏSİNDƏ EKSPERTİZA KEÇİRİLƏCƏK

Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi “Tolışi Sədo”qəzetinin həbsdə olan baş redaktoru  Hilal Məmmədovun qanında narkotik maddə olub-olmamasını aydınlaşdırmaq üçün ekspertiza keçirilməsinə qərar verib.

Məlumatı bu gün (16 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H. Məmmədovun vəkili Yalçın İmanov verib.

Vəkilin sözlərinə görə,  Hilal Məmmədov və müdafiə tərəfi Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin rəyinə etibar etmir:

“Buna görə də, müdafiə tərəfi olaraq,  öz hesabımıza ekspertiza keçirilməsini təklif edirik. Yəni, qan və sidik nümunəsi götürülən vaxt biz də əlavə nümunələr götürəcəyik” – deyən vəkil  iyulun 13-də Hilal Məmmədovun saxlanıldığı  Şüvəlandakı 3 saylı istintaq təcridxanasından Kürdəxanı təcridxanasına köçürüldüyünü və bu barədə vəkillərə hər hansı məlumatın və xəbərdarlığın verilmədiyini bildirib.
Xatırladaq ki, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında  Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü  (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova əlavə ittihamlar (CM-nin 274 (dövlətə xəyanət) və CM-nin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddəsi irəli sürülüb.
 

 

Previous Post

AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN 23 İLLİYİ QEYD OLUNUB

Next Post

QƏBƏLƏDƏ EVLƏRİN ZORAKILIQLA SÖKÜLMƏSİ ZAMANI JURNALİST POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.