QƏBƏLƏDƏ EVLƏRİN ZORAKILIQLA SÖKÜLMƏSİ ZAMANI JURNALİST POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

İyulun 14-də saat 23:00 radələrində Qəbələ rayon mərkəzində sakinlərə məxsus evlərin zorakılıqla sökülməsi zamanı gozetci.az portalın və  Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin  Qəbələ rayon üzrə nümayəndəsi, müstəqil jurnalist Nazlı Ağayeva fiziki təzyiqə məruz qalıb.

Bu barədə bu gün (16 iyul) N.Ağayevanın özü RATİ-yə məlumat verib.
N.Ağayevanın sözlərinə görə, bir neçə müddədir ki, Qəbələnin mərkəzində (Qaraçay deyilən ərazidə) yerləşən iki mərtəbəli olan 3 binanın sakinlərinin oradan köçürülməsi prosesinə başlanılıb.
 “Oradan köçürülən sakinlərə başqa yerlərdə evlər verirlər. Lakin həmin binalarda  yaşayan 3 ailə onlara təklif olunan evlə razı deyil. Çünki bu ailələrin üzvlərinin sayı çox, verilən evlər isə balacadır. Buna görə də, onlara müxtəlif təzyiqlər edilir, hətta binanın damını da söküblər. Amma sakinlər evlərindən çıxmırdılar. Bu səbəbdən də onları gecə yarısı polis gücü ilə zorakılıqla evlərdən çıxardılar. Mən bu prosesi kənardan müşahidə edirdim. Amma polislər gəlib məni təhqir etməklə bərabər sürüdə-sürüdə aparıb polis maşınına mindirdilər”, – deyə  qeyd edən N.Ağayeva baş verən zorakılıq nəticəsində bir neçə il bundan əvvəl avtomobil qəzasında sınmış ayağının əzildiyini bildirdi.
N.Ağayeva baş vermiş zorakılıqla bağlı rayon polis şöbəsinə və daxili işlər nazirinə şikayət ərizəsi ilə müraciət edib.

Previous Post

HİLAL MƏMMƏDOV BARƏSİNDƏ EKSPERTİZA KEÇİRİLƏCƏK

Next Post

“AZADLIQ” RADİOSUNUN ƏMƏKDAŞI HÜCUMA MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.