HİLAL MƏMMƏDOVLA BAĞLI ŞİKAYƏT APELLYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLƏCƏK

Bu gün Nizami rayon məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun apellyasiya şikayəti ilə əlaqədar müddətin ötürülməsi ilə bağlı şikayətə baxılıb.

Prosesdə çıxış edən vəkil Anar Qasımlı Hilal Məmmədovla barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı 22 iyun tarixdə verilmiş qərardan iyulun 25-də apellyasiya şikayəti verdiyini, lakin poçt işçilərini məsuliyyətsizliyi üzündən zərfin üzərində 26 iyul tarixi qeyd edildiyini, buna görə də apellyasiya şikayətinin qəbul edilmədiyini bildirib. Qərardan 72 saat müddətində şikayət verilməli olduğunu deyən Qasımlı poçt qəbzinin də üzərində 25 iyul tarixinin qeyd edildiyini və buna görə də müddətin ötürülməsi ilə bağlı qərarın əsassız olduğunu bildirib.

Dövlət ittihamçısı isə qəbzin saxtalaşdırılmasından şübhələndiyini bildirib və qəbzlə zərfin üzərindəki tarixlərin uyğun gəlməməsinin mümkünsüz olduğunu deyib.

Müşavirədən sonra hakim müddətin ötürülməməsi və şikayətin apellyasiya məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında  Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü  (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova əlavə ittihamlar (CM-nin 274 (dövlətə xəyanət) və CM-nin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddəsi irəli sürülüb.

Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLUNUN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ DAVAM EDİR

Next Post

İRANDA HƏBSDƏ OLAN ŞAİRLƏRƏ BU GÜN HÖKM OXUNMASI TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.