Jurnalistin həbs müddəti daha 4 ay uzadıldı

rauf

İyulun 15-də Nəsimi Rayon Məhkəməsində jurnalist Rauf Mirqədirovun həbs müddətinin uzadılması barədə təqdimata baxılıb. Təqdimat Baş Prokurorluq  tərəfindən məhkəməyə təqdim edilib.

Məhkəmə əlavə istintaq hərəkətlərinin aparılması zərurətinin olmasını əsas götürərək jurnalistin  həbs müddətini daha 4 ay müddətinə uzadılması barədə qərar verib.

Jurnalistin vəkili Elmar Süleymanov bu qərardan şikayət verəcəklərini bildirib.

Xatırladaq ki, Zerkalo qəzetinin Türkiyə müxbiri Rauf Mirqədirov aprelin 19-da həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır.

Previous Post

Hüquq müdafiəçisi 6 il azadlıqdan məhrum edildi

Next Post

Mərhum jurnalistin 47 yaşı tamam olur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.