HÜQUQ MÜDAFİƏÇİLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

aprel 17th, 2008
Dünən bir qrup hüquq müdafiəçisi 12 saylı Cəzaçəkmə müəssisəsindəki “karser”də saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu haqda RATİ-yə məlumat verən Çingiz  Qənizadə bildirib ki, “E. Fətullayev aprel ayının 20-də “karser”dən çıxacaq. “Karser” də saxlandığı müddətdə o, intizam qaydalarını pozduğu üçün iki dəfə töhmət alıb. Üçüncü dəfə isə onun “karser”də saxlanma müddəti uzadıla bilər. Biz müəssisənin rəisi ilə söhbət etdik və xahiş etdik ki, bu cəzanın artırılması izahedici söhbətlə əvəz olunsun. Jurnalist isə bizimlə söhbətində bildirdi ki, səhhətində heç bir problemi yoxdur”.