GƏLƏN HƏFTƏ ZAHİDOVUN HƏBSİNDƏN VERİLƏN ŞİKAYƏTƏ BAXILACAQ

“Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun azadlıqdan məhrum edilməsi barədə qərardan verilən apellyasiya şikayətinə aprel ayının 25-də baxılacaq.

Bu xəbəri RATİ-yə baş redaktorun vəkili Elçin Sadıqov verib. Vəkil onu da əlavə edib ki, iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatındadır.

Xatırladaq ki, Zahidov 07 mart 2008-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın qərarı ilə Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il azadlıqdan məhrum edilib.
*”Azadlıq” qəzetinin digər həbs edilmiş əməkdaşı, jurnalist satirik Mirzə Sakitin (Qənimət Zahidovun qardaşıdır) və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsindən, eyni zamanda “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov barədə ikinci dəfə həbs qət-imkan tədbirinin seçilməsindən verilən şikayətlərə də Abdinbəyov tərəfindən baxılıb. Hər üç halda aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılıb.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SOYUQDƏYMƏSİ VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.