ƏLİ HƏSƏNOV ETİRAZ EDİB

“Gündəlik Bakı” qəzetinin bu günkü sayında gedən məlumata görə, ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyəti ilə bağlı 2007-ci il hesabatının açıqlanması etirazlara səbəb olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu barədə açıqlama verib və bildirib ki, “Azərbaycan hökuməti hesabatda konstruktiv tənqidlə yanaşı, ölkəmizdə demokratiyanın inkişafı, insan hüquqlarının, o cümlədən söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində bütün nailiyyətlərin əks etdirilmədiyini, obyektivliyi şübhə doğuran mənbələrdən istifadə olunduğunu və bir sıra faktların təhrif edildiyini  qeyd edir. Bu hesabatda yer almış fikir və iradların çoxunun o sahə ilə bağlı məlumatsızlıqdan və məsələnin kökünün  dərindən araşdırılmamasından irəli gəlir. Hesabatın ümumi qiymətəndirilməsi ilə razılaşmaq mümkün deyil”.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

HƏBSDƏ OLAN JURNALİSTLƏR MÜTLƏQ ƏFV OLUNMALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.