AZƏRBAYCANDA İNSAN HAQLARI KLUBU YARADILDI

Bu gün (10 dekabr )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində 10 dekabr ümumdünya insan haqları günündə bir qrup hüquq müdafiəçisi tərəfindən “İnsan Haqları” Klubunun  yaradılması elan edildi.

Tədbirdə hüquq müdafiəçisi Natiq Cəfərli bildirdi ki, məqsəd Azərbaycanda  hüquq müdafiəsi sahəsində səyləri birləşdirməkdir. O Klubun insan haqları sahəsində araşdırmalar aparacağı və müvafiq hesabatlarla çıxış edəcəyini qeyd etdi.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə çıxışında xüsusilə həbsdəki məhbusların hüquqlarının pozulması barədə danışdı və gələcəkdə bu sahəyə də Klubun xüsusi həssaslığla yanaşacağını qeyd etdi. Digər hüquq müdafiəçisi Səbuhi Qafarov isə bəzi siyasi məhbusların hüquqlarının  daha yaxşı müdafiə edildiyini, bəzilərinin isə kölgədə qaldığını bildirərərək kimliyindən asılı olmayaraq haqqı və hüququ pozulan hər  kəsin Klub tərəfindən müdafiəsinin təşkil ediləcəyini bildirdi. Jurnalist və hüquq müdafiəçisi İdrak Abbasov  çıxışında hüquq müdafiəsi sahəsində  səylərin birləşdirilməsinin vacibliyindən və Klubun bu istiqamətdə fəaliyyət göstərmək istəyən hər kəsin üzünə açıq olduğunu dedi.

Habelə tədbirə qatılan digər hüquq müdafiəçiləri – Həkimeldostu Mehdiyev, Elman Abbasov, Hilal Məmmədov, Pərvanə Persiani belə bir klubun yaranmağının əhəmiyyətli olmağından danışdılar.

Hüquq müdafiəçisi  Emin Hüseynov isə çıxışında dünyanın bir sıra ölkələrində analoji Klubların fəaliyyət göstərdiyini və bu praktikanın insan hüquqları sahəsində iş aparmaqda effektiv olduğunu dedi. Habelə o, Klubun cari ilin sonuna qədər ölkədə insan haqlarının durumu barədə ilkin hesabatla çıxış edəcəyini, ümumiyyətlə isə Klub ayda bir dəfə  hesabat hazırlayaraq yerli və dünya ictimaiyyətinin diqqətinə çatdıracağını söylədi.

 

 

Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,688/lang,az/

 

 

Previous Post

BAŞ PROKURORLUQ FUAD QƏHRƏMANOVUN HƏBSİNƏ İCAZƏ VERMƏDİ

Next Post

DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏDƏ QARŞI CİNAYƏT İŞİNİN AÇILMASINDAN İMTİNA EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.