DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏDƏ QARŞI CİNAYƏT İŞİNİN AÇILMASINDAN İMTİNA EDİLDİ

    Dekabrın 10-da  Yasamal Rayon Məhkəməsində deputatlığa keçmiş namizəd Fuad Qəhrəmanova (Qəhrəmanlı) qarşı ayrı-ayrı şəxslər tərəfindən xüsusi ittiham qaydasında 3  şikayətə baxıldı.

   İlk olaraq  Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Fuad Qəhrəmanova qarşı xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi olub. Hakim Sərdar Mehrəliyev bildirib ki, Baş Prokurorluğa göndərdikləri sorğuya cavab gəlib və  Baş Prokurorluq Fuad Qəhrəmanovun  cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verməyib.

            Müşavirədən qayıdan hakim məhkəmənin şikayəti icraata götürməkdən imtina etməsi barədə qərar elan etdi.

            Digər prosesdə isə hakim Xəqani Tağıyevin sədrliyi ilə deputat Hüseynbala Mirələmovun Fuad Qəhrəmanova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Bu prosesdə də hakim eyni məzmunla Baş Prokurorluğun cinayət məsuliyyətinə cəlb edilməsi üçün razılıq vermədiyini bildirdi. Hakim bildirdi ki, Baş Prokurorluq bunu deputatlığa namizədlərin namizəd olduğu dövrdə öz fikirlərini sərbəst ifadə etmək hüququnun olması ilə əsaslandırıb.

            Müşavirədən qayıdan hakim xüsusi ittiham qaydasında verilmiş  şikayəti icraata götürülməsindən imtina edilməsi barədə qərarı oxudu.

            Üçüncü proses hakim Tahir İsmayılovun sədrliyi ilə Yeni Azərbaycan Partiyasının  keçmiş deputatı Əhəd Abıyevin Fuad Qəhrəmanova qarşı xüsusi ittiham qaydasında şikayətə əsasən keçirilib. Hakim Baş Prokurorluğun Fuad Qəhrəmanovun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq vermədiyini bildirdi.

            Müşavirədən qayıdan hakim şikayətin məhkəmə icraatına götürülməsindən imtina edilməsi barədə qərarı elan etdi.

            Bütün iddiaçılar Fuad Qəhrəmanovun Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə məhkum olunmasını istəyirdilər.

             Qeyd edək ki, proseslərdə xüsusi ittihamçılar iştirak etməyiblər.

 

 

 

 

Previous Post

AZƏRBAYCANDA İNSAN HAQLARI KLUBU YARADILDI

Next Post

ANAR MƏMMƏDOVUN QƏZETLƏRƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.