HÜQUQ MÜDAFİƏÇİSİ TÜRKİYƏDƏ SAXLANILIB

Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev İstanbul hava limanında saxlanılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ)  bu gün (07 dekabr) HMC-dən hüquqşünas Yavər Şahbazov məlumat verib.

Hüquqşünas Yavər Şahbazovun sözlərinə görə,  artıq İ.Əliyevə vəkil ayrılıb: “Vəkil bizə bildirdi ki, İntiqam müəllimin telefonu da əlindən alınıb. Hadisə barədə tam məlumat əldə edə bilməmişik, amma vəkİli onunla hava limanında gömrük əməkdaşı arasında anlaşılmazlıq olduğunu deyir. Ümid edirik ki, yaxın saatlarda problem həll ediləcək”.

Qeyd edək ki, İntiqam Əliyev Vilnüsdə keçirilən beynəlxalq tədbirdən qayıdarkən saxlanılıb.

Previous Post

“ASİ” QƏZETİNİN DƏ ÇAPINA QADAĞA QOYULDU

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.