“ASİ” QƏZETİNİN DƏ ÇAPINA QADAĞA QOYULDU

          “Xural” qəzetinin kollektivinin nəşr etdirdiyi “ASİ” qəzetinin çapına qeyri-rəsmi qadağa qoyulub. Bu barədə qəzetin kollektivi adından açıqlama yayılıb.

“Bu gün qəzeti çap edən    “E.Q” mətbəəsinin Akif adlı sahibi qəzetimizin direktoru Nizami Həsənova  zəng edərək “ASİ” qəzetinin çap etməyəcəklərini bildirib. Sahibkar çapdan imtinanın səbəblərinə aydınlıq gətirməyib. “ASİ” qəzetinin kollektivi olaraq bildiririk ki, bizim mətbəə ilə rəsmi  müqaviləmiz var. Lakin mətbəənin sahibi müqaviləni bitərəfi qaydada heç bir əsas göstərmədən pozdu . Hesab edirik  ki,  “ASİ” qəzetinin çapına qoyulan qadağa “Xural” qəzetinin kollektivinə edilən təzyiqlərin tərkib hissəsidir”,  – deyə müraciətdə bildirilir.

            Qeyd edək ki, dekabrın 4-dən “Xural” qəzetinin  kollektivi  “Asi” (Azad Söz İnqilabçıları)  qəzetinin nəşr etdirmişdi.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Previous Post

DİN MƏRHUM JURNALİSTİN AİLƏSİNİN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏCƏK

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ TÜRKİYƏDƏ SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.