Hüquq müdafiəçisi Elşən Həsənov fotoçəkiliş apardığına görə saxlanılıb

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Aıyansının koordinatoru, keçmiş “vicdan məhbusu” Elşən Həsənov iyunun 12-də saat 18:00-a yaxın “Koroğlu” metro stnsiyasının yaxınlığında saxlanılıb və 2,5 saatdan sonra buraxılıb.

E.Həsənov özü bildirib ki, “Koroğlu” metro stansiyasının yeni Gimnastika Sarayına gedən yeraltı keçidində qoyulmuş maneənin fotosunu çəkərkən saxlanılıb. Məlum olub ki, bədii gimnastika üzrə Avropa Çempionatının keçirilməsi ilə əlaqədar keçid adi sərnişinlər üçün bağlıdır, bundan yalnız yarış iştirakçıları istifadə edə bilər.

E.Həsənov öncə metro polisinin bölməsinə aparılıb. Oradakı polislərdən biri onu buraxmaq istəyib. Lakin digəri pasportunu yoxladıqdan sonra E.Həsənovun Nizami Rayon Polis İdarəsinə aparılmasına göstəriş verib. İdarədə isə heç bir əsas olmadan E.Həsənovu iki saat yarım saxlayıblar.

İkinci qrup əlil olan E.Həsənovun həkim çağırılması barədə xahişinə baxmayaraq, tibbi yardımın göstərilməsi üçün şərait yaradılmayıb.

Bu günlərdə E.Həsənov Sülh və Demokratiya İnstitutu yanında repressiyalara müqavimət Mərkəzində çıxış edib.

Previous Post

Supreme Court partially grants Hilal Mammadov’s appeal

Next Post

Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə prosesdə “zərərçəkən”onun üzünə durub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.