Supreme Court partially grants Hilal Mammadov’s appeal

İyunun 12-də Ali Məhkəmənin inzibati-iqtisadi işlər üzrə kollegiyasında sədr Kəmaləddin Bədəlovun rəhbərliyi ilə  “Talışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar baxılmsı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Hilal Məmmədovun vəkili Xalid Bağırov Ali Məhkəmənin bugünkü qərarını müdafiə tərəfinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinin gecikdirilməsi kimi dəyərləndirib.

Qeyd edək ki, Hilal Məmmədovun təqsirsizlik prezumpsiyasının pozulmasına dair  şikayətləri birinci instansiya məhkəməsi və Baki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilb. Hilal Məmmədov 2013-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

Rauf Mirkadirov decry denial of his access to lawyer in Turkey

Next Post

Hüquq müdafiəçisi Elşən Həsənov fotoçəkiliş apardığına görə saxlanılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.