VİDADİ İSGƏNDƏROV QANUNSUZ OLARAQ 8 SAAT SAXLANILIB

Fevralın 17-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində hüquq müdafiəçisi Vidadi İsgəndərov fevralın 16-da qanunsuz olaraq saxlanılmasına dair mətbuat konfransı keçirib.

O bildirib ki, dünən səhər 9.00-da yaşadığı evin  qarşısında  Səbayel rayon Polis İdarəsinin mülki geyimli bir qrup polisi tərəfindən mühasirəyə alaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Səkkiz saat idarədə saxlanıldığını bildirən Vidadi İsgəndərov bunu qanunsuz həbs və təzyiq kimi qiymətləndirib.
Onun sözlərinə görə, idarədə onu barəsində başlanmış cinayət işi ilə bağlı ifadələr və digər məsələlərə görə sorğu-suala tutublar. İsgəndərov bu işin təşkilində baş prokurorun əli olduğuna iddia edir. Eyni zamanda o qeyd edib ki, qanunsuz saxlanılmasının əsl səbəbi dünən GEN MMC tikinti şirkəti tərəfindən aldadılan bir qrup vətəndaşın Prezident Administrasiyasının qarşısında keçirdiyi aksiyada iştirakıdır. Belə ki, CEN MMC şirkəti 300 nəfərdən çox vətəndaşın pulunu alaraq, onlara mənzil tikməyi vəd edib. Lakin bu adamlar mənzillə təmin olunmayıblar. Ötən il şirkət rəhbərləri mühakimə olunub, aldadılmış vətəndaşlar isə nə ev, nə də pullarını almayıblar. Bundan əlavə, hüquq müdafiəçisi GEN MMC-nin işi barədə məlumat verərək bildirib ki, bu iş ölkədə olan korrupsiya sistemindən vəbər verir. O, korrupsiyanın sübyektinin vəzifəli şəxslər olduğunu vurğulayaraq onlarla mübarizə aparmaq üçün vətəndaşların birgə fəaliyyət aparmasının vacibliyini bildirib.
 Hüquq müdafiəçisi məmurların, nəqliyyat, vergi, gömrük rəhbərlərinin, bir çox icra başçılarının, o cümlədən İqtisad Universiteti rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı dövlət başcısı İlham Əliyevə yazılı müraciət etdiyini bildirib. O həmçinin ötən ay Nizami rayon polis idarəsi əməkdaşları tərəfindən döyülərək öldürüldüyü iddia edilən Elvin Əsgərovla bağlı məlumat verərək bu işdə zərərçəkmişin qanuni nümayəndəsi olduğunu bildirib. Onun sözlərinə görə, Elvin Əsgərovla bağlı ilkn ekspertizanın rəyi hazır olsa da, açıqlanmır. O, bu işlə axıra qədər mübarizə aparacağını, cinayətkarların cəzalandırılmasına nail olacağını bildirib.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ KORRUPSİYAYA QARŞI MÜBARİZƏYƏ GÖMRÜKDƏN BAŞLAMAĞI TÖVSİYƏ EDİR

Next Post

JURNALİST ONA TƏZYİQ EDƏNLƏRİN CƏZALANDIRILMASINI TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.