JURNALİST ONA TƏZYİQ EDƏNLƏRİN CƏZALANDIRILMASINI TƏLƏB EDİR

     “Yüksəliş naminə” qəzetinin müxbiri və  Sumqayıt Gəncləri Hüquqi Maarifləndirmə İctimai Birliyinin əməkdaşı Elçin Həsənov fevralın 16-da Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində narkotik ittihamı ilə həbs edilən Cabbar Savalanlının məhkəməsini müşahidə edərkən 20 nəfərdən çox mülki geyimli və rəsmi geyimdə olan polis  əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı ölkə prezidentinə, prokurorluğa və  hüquq müdafiəçilərinə müraciət edib.

Bu barədə bu gün (17 fevral) RATİ-yə Elçin Həsənovun özü məlumat verib. Jurnalist ona qarşı təzyiq edənlərin cəzalandırılmağını tələb edir.
             Xatırladaq ki, fevralın 16-da Sumqayıt şəhər Apelyasiya Məhkəməsində Cabbar Savalanlının məhkəmə prosesini izləyərkən  20 nəfər polis  və mülki şəxslər Elçin Həsənovun üstünə hücum çəkiblər və  onu vəhşicəsinə döyərək yaxınlıqdakı polis avtomobilinə mindiriblər. Polislər döyməklə yanaşı, jurnalisti təhqir də ediblər.  Polislər jurnalistə təcili tibbi yardım çağırmayıblar.  Polislərin zorakılığı  nəticəsində jurnalistin əynindəki gödəkcə cırılıb, baş geyim papağı, telefonu və 20 manat pulu da yoxa çıxmışdır.
Previous Post

VİDADİ İSGƏNDƏROV QANUNSUZ OLARAQ 8 SAAT SAXLANILIB

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ KORRUPSİYAYA QARŞI MÜBARİZƏYƏ GÖMRÜKDƏN BAŞLAMAĞI TÖVSİYƏ EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.