Hüquq müdafiəçisi 3 il müddətinə azadlıqdan məhrum edilib

qurban-memmedov

Dekabrın 6-da Nəsimi rayon məhkəməsi sabiq vəkil Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Məhkəmə onu 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının  pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 299.1-ci (zərərçəkmişi ələ alma) maddələrlə təqsirli bilib.

Xatırladaq ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmiş şəxsi yalan ifadə verməsi məqsədi ilə pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib.  Qurban Məmmədov həbsinin Milli Şurada aktiv fəaliyyəti, kəskin çıxışları ilə əlaqədar siyasi sifariş olduğunu bildirib.

Previous Post

Dəvətnamə İnsan Hüquqları Sərgisinə

Next Post

Jurnalist Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.