DƏVƏTNAMƏ
Nə: “Hüquq Müdafiəçiləri ilə Görüş” Qəbul-Yarmarka (Azərbaycanda Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə)
Nə zaman: 10 dekabr 2013, 20:00-22:00
Harada: Park İnn oteli, Dan Ulduzu zalı
“Hüquq Müdafiəçiləri ilə Görüş” yarmarkası ölkədə insan hüquqları ilə bağlı problemlərə həsr olunmuş maarifləndirici tədbirdir. Tədbirin məqsədi beynəlxalq (donorlar) ictimaiyyət, media və vətəndaş cəmiyyətinin digər maraqlı tərəfləri ilə Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri arasında həmrəylik və əməkdaşlıq qurmaqdır.
“Hüquq Müdafiəçiləri ilə Görüş” tədbiri zamanı ölkənin hüquq müdafiə təşkilatlarına öz işlərini tanıtmaq və mümkün donorlarla və müttəfiqlərlə görüşmək imkanı verəcək. Hər bir təşkilat öz ictimai məlumatlandırma materiallarını və insan hüquqları ilə bağlı nəşrlərini sərgiləmək üçün kioskla təmin olunacaq. İki saatlıq yarmarka müddətində qonaqlar insan hüquqları ilə bağlı müxtəlif maarifləndirici materiallarla tanış olmaq imkanı qazanacaqlar.
Tədbir həmçinin vətəndaş cəmiyyəti, beynəlxalq ictimaiyyət, media və iştirak edəcəkləri təqdirdə dəvət olunmuş Milli Məclis üzvləri üçün insan hüquqları problemləri və gələcək istiqamətlə bağlı fikir mübadiləsi aparmaq imkanı yaradacaq.
Tədbir furşet, sərgi üçün məkanda təşkil olunacaq minimum 10 tematik stend və qeyri-rəsmi müzakirələrdən ibarət olacaq.
Tədbir Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən ABŞ-ın Azərbaycandakı Səfirliyi və Danimarka QHT-si “Beynəlxalq Mediaya Dəstək” təşkilatı ilə əməkdaşlıq şəraitində təşkil olunur.
Xatırlatma: İnsan Hüquqları Günü 1948-ci ildə BMT Baş Assembleyası tərəfindən “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin qəbul olunduğu gün – hər il dekabrın 10-da beynəlxalq səviyyədə qeyd olunur. Siyasi, mülki, sosial, mədəni və iqtisadi hüquqların toplusu olan bu Bəyannamə məcburi sənəd olmasa da, insan hüquqları ilə bağlı beynəlxalq standartları təşkil edən 60-dan artıq sənədin yaranmasında mühüm rol oynamışdır. Bu gün BMT-yə üzv olan bütün dövlətlərin Bəyannamədə müəyyən olunmuş əsas insan hüquqları üzrə ortaq razılığı sənədin gücünü daha da artıraraq bizim gündəlik həyatımızda insan hüquqlarının aktuallığını bir daha vurğulayır.