HÜQUQ MÜDAFİƏÇİSİ VƏ VALİDEYNLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən (6 oktyabr) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu haqda məlumatı RATİ-yə E. Behbudov özü verib: ”Valideynləri ilə birlikdə Eynulla Fətullayevlə görüşdük. Onun saxlanma şəraitindən və ona olan münasibətdən şikayəti olmadı, səhhətində də heç bir problemi yoxdur”.
E. Behbudov onu da qeyd etdi ki, E. Fətullayevin işi Avropa İnsan Hüquqları Məhkəməsində icraata götürülüb və baş redaktor məhkəmənin çıxaracağı qərarı gözləyir.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

QƏZETLƏRİN BANK HESABLARINA QOYULMUŞ HƏBS GÖTÜRÜLÜB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.