QƏZETLƏRİN BANK HESABLARINA QOYULMUŞ HƏBS GÖTÜRÜLÜB

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, bir sıra dövlət orqanları və fiziki şəxslər məhkəmələrə müraciət edərək onların iddiaları əsasında bəzi mətbuat orqanlarına kəsilmiş cərimələrin ödənilməsinin dayandırılması ilə bağlı qərar çıxarmağı xahiş edib.

Qeyd edək ki, həmin dövlət orqanları və fiziki şəxslərin “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı bir müddət əvvəl qaldırdığı iddialar təmin edilmiş, məhkəmələrin qərarları ilə həmin mətbuat orqanları müxtəlif məbləğlərdə cərimə olunmuş, bank hesabları dondurulmuşdu.Oktyabrın əvvəlindən başlayaraq isə həmin dövlət orqanları və fiziki şəxslər Yasamal və Binəqədi rayon məhkəmələrinə müraciət edərək, qəzetlərin təzminat ödəməsi haqqında çıxarılmış qərarların icrasının dayandırılmasını, bank hesablarının açılmasını xahiş edib. Məhkəmələr müraciətlərə baxdıqdan sonra onların təmin edilməsi və bank hesablarının açılması haqqında qərar çıxarıb.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ VƏ VALİDEYNLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

“TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORUNUN OĞLU MƏHKƏMƏ ZALINDAN AZADIĞA BURAXILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.