HÜQUQ MÜDAFİƏÇİSİNİN SƏNƏDLƏRİNİN İTİRİLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (8 fevral)   Yasamal rayon Məhkəməsində hakim  Fuad Talışınskinin sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun “Azərekspresspoçt” Rabitə Müəssisəsinə qarşı iddiası üzrə keçirilən məhkəmə  proses davam edib.

 Prosesdə iddiaçının nümayəndəsi Yaşar Ağazadə, cavabdehlər  – Rabitə Müəssisinin hüquq şöbəsinin rəis müavini Səfərov Bəhram və “Türk Hava Yolları” şirkətinin maraqlarını  müdafiə edən vəkil Muxtar Mustafayev iştirak edirdilər.
            Qeyd edək ki, “Türk Hava Yolları” iddiaçı tərəfin vəsatətindən sonra işə cavabdeh kimi cəlb olunub. Belə ki, “Azərekspresspoçt” Rabitə Müəssisəsi iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 3 məktubda sənədlərin məhz  “Türk Hava Yolları”  şirkətinin təqsirindən itdiyini vurğulamışdı.

            İddiaçının nümayəndəsi Yaşar Ağazadə işin baxılmamış saxlanılması və iddia ərizəsinin geri götürülməsi barədə vəsatət qaldırdı. Cavabdeh tərəfin nümayəndələri vəsatətə etiraz etdiklərini bildirdilər və bunu vaxt itkisi kimi qiymətləndirdilər.

            Hakim vəsatətin təmin edilməməsi barədə qərar verdi və növbəti prosesi 18 fevral saat 10:00-a təyin etdi.

            Xatırladaq ki,  Cəfərov Beynəlxalq Ədalət Körpüsü  təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi nəticəsində qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin “Azərekspresspoçt” Rabitə Müəssisəsi vasitəsilə göndərilən sənədlər itirilib.

 

 

 

Previous Post

AVROPA İTTİFAQI AZƏRBAYCANDA PEŞƏ TƏHSİLİ SAHƏSİNDƏ İSLAHATLARI DƏSTƏKLƏYİR

Next Post

ÇOXSAYLI MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ İLƏ ÜZLƏŞƏN “XURAL” QƏZETİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.