HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (10 may ) Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılmış 2 may 2011-ci il tarixli qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ)  hüquq müdafiəçisinin vəkili Akif Əlizadə məlumat verib.

Vəkil bildirdi ki, bu məhkəmənin yekun qərarıdır və bu qərardan Ali Məhkəməyə şikayət verilə bilməz.

Xatırladaq ki, hüquq müdafiəçisi Vidadi İsgəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə “Sahil” bağında təşkil etdikləri mitinq zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi. Mayın 2-də isə ona qarşı ötən il keçirilən parlament seçkilərinə müdaxilə ittihamı ilə cinayət işi qaldırılıb, haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Previous Post

Gündəm Xəbər qəzetİ Mətbuat Şurasını məhkəməyə verəcək

Next Post

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsİ Dunya Miyatoviç JURNALİSTLƏR VƏ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.