MÜSADİRƏ EDİLMİŞ MALLARA BAXIŞ KEÇİRİLƏCƏK

2  saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyi ilə hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı dövlət orqanının hərəkətinin qanunsuz hesab olunması, ayrı-seçkiliyin qadağan olunması, maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə zamanı hakim iddiaçıdan müsadirə edilmiş mallara saxlandığı yerdə mütəxəssislərin iştirakı ilə  baxış keçirmək üçün  Heydər Əliyev adına hava limanına gedilməli olduğunu bildirib. Lakin cavabdeh Dövlət Gömrük Komitəsi malların saxlandığı anbara baxış keçirmək üçün bir neçə yerdən icazə almaq  gərək olduğunu deyib.  Bununla bağlı hakim yerindəcə müşavirə edərək  iddiaçıdan müsadirə edilmiş malların məcburi qaydada məhkəmə prosesinə gətirilməsi barədə qərardad çıxarıb.  

Bundan başqa məhkəmə zamanı iddiaçı Emin Hüseynov cavabdeh Dövlət Gömrük Komitəsinin əməkdaşlarının onunla kobud rəftarını sübut edən görüntülərin- təhlükəsizlik kamerasının həmin günə, yəni 1 fevral 2011-ci il tarixinə olan lent yazısını məhkəməyə gətirilməsini təmin etməyi məhkəmədən xahiş edib. Hakim yerindəcə müşavirə edərək vəsatəti təmin etdiyini bildirib.

Növbəti proses 10 noyabr saat 15:00-a təyin edilib.

            Xatırladaq ki,    fevralın 1-də Dubaydan Azərbaycana qayıdarkən hüquq müdafiəçisini gömrükdə  3 saat saxlayıblar. Ondan mobil telefon, televizor, eləcə də  işlənmiş kameranı müsadirə edərək götürüblər.

 

 

Previous Post

AMERİKA SƏFİRİ JURNALİSTLƏRİN SUALLARINI CAVABLANDIRIB

Next Post

”AZAD OLMAYAN ÖLKƏDƏ AZAD MUSİQİ” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.