HÜQUQ MÜDAFİƏÇİLƏRİ AVROPA ŞURASI NÜMAYƏNDƏLƏRİ İLƏ MEDİANIN DURUMUNU MÜZAKİRƏ EDİBLƏR

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Çingiz Qənizadə və Səidə Qocamanlı Strasburqda keçirilən AŞ PA-nın qış sessiyasi çərçivəsində AŞ-nın insan hüquqları üzrə komissarı Tomas Hammerberq, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Qrex, eləcə də “Aqo” qrupunun, Venesiya Komissiyasının və İşgəncələr Əleyhinə Komitənin rəhbərləri ilə görüşüblər.

Xəbəri “Turan” İnformasiya Agentliyinə hüquq müdafiəçisi Səidə Qocamanlı verib. Onun sözlərinə görə, görüş zamanı AŞ nümayəndələrinə 24 nəfərlik siyasi məhbus siyahısı ilə yanaşı, bloggerlər E. Milli, A. Hacızadənin həbsi və E. Fətullayevə qarşı irəli sürülən yeni cinayət barədə ətraflı məlumat veriblər. S. Qocamanlı onu da bildirib ki, AŞ-ı nümayəndələri adıçəkilən məsələlərlə bağlı narahat olduqlarını və 2010-cu ildə müntəzəm olaraq Azərbaycana səfər edəcəklərini bildiriblər.  
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASININ TOPLANTISI KEÇİRİLİB

Next Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU AVROPA KONVENSİYASININ MADDƏLƏRİNİ POZMUŞ HAKİMLƏRİN ADLARINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.