VCDK-nın koordinatoru Razi Nurullayev bildirdi ki, vətəndaş cəmiyyətinin ən əsas problemlərindən biri olan qeydiyyat problemi ilə bağlı VCDK Qeydiyyatdan Keçməyən QHT-lərin Şəbəkəsini yaratmağa qərar verib. O, bildirdi ki, vətəndaş cəmiyyətinin digər problemlərinin araşdırılması və bu problemlərin həll olunması istiqamətində fəaliyyət göstərməsi üçün İşçi Qrupunun yaradılmasına da ehtiyac var.
VCDK-nın Şura üzvü Oqtay Gülalıyev bildirdi ki, 2009-cu ilin iyun ayında “QHT haqqında” Qanuna dəyişikliklər, həmçinin 30 dekabrda prezidentin fərmanı ilə bu qanuna edilmiş məhdudlaşdırıcı fərmanla bağlı vətəndaş cəmiyyətində bir çox problemlər yaranmaqdadır. O, həmçinin Mənzil Məcəlləsində QHT-lərin şəxsi mənzillərdə fəaliyyət göstərməsini əngəlləyən dəyişikliyi də diqqətə çatdırdı. “QHT müqavilələrinin yalnız Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra bank əməliyyatlarının aparılmasına icazə verilməsi, hər il aprel ayının 1-dək QHT-lərin Maliyyə Nazirliyinə hesabat təqdim etməsi, son zamanlar kütləvi şəkildə bir sıra QHT-lərin dövlət qeydiyyatına alınmasından imtina edilməsi, eləcə də 3-cü sektorun normal fəaliyyət göstərməsi üçün institutsional dəstəyin lazımi səviyyədə olmaması bu gün ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini və inkişafını əngəlləyən faktorlardandır. Bütün bu problemlərin həlli üçün prezident İlham Əliyevə müraciət hazırlanıb” – deyən O.Gülalıyev müraciəti tədbir iştirakçılarına təqdim etdi
Tədbirdə çıxış edən digər vətəndaş cəmiyyəti təmsilçiləri – Vahid Qazi, Emin Hüseynov, Telman Zeynalov, Azər Həsrət və digərləri prezidentə yazılmış müraciətlə bağlı təklif və iradlarını bildirdilər. VCDK-nın koordinatoru R.Nurullayev bildirdi ki, təklif və iradlardan sonra müraciət yenidən hazırlanaraq imzalanması üçün vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim olunacaq.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,413/lang,az/