İnsan Haqları Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əsasını təşkil etməlidir

barosso

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Belçikanın paytxatı Brüsseldə bu gün təşkil olunan dəyirmi masada təqdim etdiyi Avropa İttifaqının (Aİ) Azərbaycanda demokratiyanın inkişafı roluna dair yeni hesabatında beynəlxalq ictimaiyyəti ölkədə insan haqlarının pozulmasına son qoymaq üçün effektiv tədbirlər görməyə çağırıb.

“Azərbaycan və Avropa İttifaqı: Siyasi Dilemma” (hesabat üçün səhifənin sonundakı linkə keçin) hesabat Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Aİ-Azərbaycan Fəaliyyət Planında göstərilmiş Avropa İttifaqı qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinin vəziyyətini təhlil edir.

Azərbaycan öz üzərinə fundamental azadlıqların təminatı və müdafiəsi öhdəliyini götürməsinə baxmayaraq, RATİ-nin hesabatına görə, hökumətin təəhhüdləri ilə əslində baş verən hadisələr arasında böyük ziddiyyət var.

 Azərbaycan uzun illər demokratiya və insan hüquqları sahəsində davamlı surətdə geriləmişdir. Ölkədə vətəndaşlara, xüsusən də müxalifət partiyaları, hüquq müdafiəçiləri, müstəqil media nümayəndələri və gənc fəallara qarşı çoxlu sayda sənədlə sübut oluna bilən hüquq pozuntusu halları baş vermişdir. Prezident seçkiləri ərəfəsi siyasi müxalifəti və fəal vətəndaş cəmiyyətini susdurmağa hesablanmış siyasətin tətbiqində kəskin artım ilə müşayiət olunur.

“Demokratikləşmə istiqamətində görülən işlərə və layihələrə dəstək verməklə, Avropa İttifaqı insan hüquqlarının təşviqinə öz köməkliyini göstərir”,- deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib. “Bu hesabat vasitəsilə RATİ Avropa İttifaqını bu prosesi davam etdirməyə, xüsusilə də, daha çox siyasi və iqtisadi inteqrasiyanın qarşılığında Azərbaycan üçün konkret standartlar tətbiq etməyə çağırır”,- deyə Hüseynov əlavə edib.

Hesabat Danimarkada fəaliyyət göstərən qeyri-hökumət təşkilatı Beynəlxalq Mediaya Dəstək (International Media Suppor, yaxud qısa olaraq IMS) təşkilatının dəstəyi sayəsində ərsəyə gəlib. Əlavə məlumat üçün RATİ-nin (www.irfs.org) və IMS-in (www.i-m-s.dk) internet saytlarını ziyarət edin.

“Azərbaycan və Avropa İttifaqı: Siyasi Dilemma” bit.ly/15RK1Iw

Previous Post

“Azərbaycan və Avropa İttifaqı: Siyasi Dilemma

Next Post

Jurnalistə 3 ay “kars” cəzası verilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.