Jurnalistə 3 ay “kars” cəzası verilib

Jurnalist Fuad Hüseynovun “kars” cəzası  3 ay müddətinə artırılıb. Bu barədə bu gün (23 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin anası Susanə Hüseynova məlumat verib. Susanə Hüseynovanın sözlərinə görə, bu barədə ona dünən müəssisədən zəng edən  bir şəxs məlumat verib.
“15 gün qabaq Fuadı saxlanıldığı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasına salmışdılar. Nə əvvəl ora salınmasının,  nə də  sonradan artırılan bu  3 ay müddətin səbəbini izah etmirlər. İmkansızlığa görə, onun yanına tez-tez gedə bilmirəm, uzaq rayondur. Amma hər dəfə oğlumun yanına gələndə, orada onun özünü çox nümunəvi apardığını deyirlər.
O,  rayonda da hər kəs tərəfindən hörmət edilən, sakit insan olub. Fuadı şərləyib, heç nədən həbsə atdılar. Yoldaşım, özüm xəstəyəm, tez-tez Fuada baş çəkə bilmirik”,-deyə S. Hüseynova bildirib.
RATİ -nin məsələ ilə bağlı Penitensiar Xidmətin  12 saylı Cəza çəkmə Müəssisəsi ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb, edilən zənglərə cavab verilməyib.
Xatırladaq ki, jurnalist Fuad Hüseynov Cinayət Məcəlləsinin (CM) 221.3 maddəsi  (Xuliqanlıq –   silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirli bilinərək, Ucar rayon Məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay  müddətində azadlıqdan məhrum edilib. Bir çox hüquq mühafizə təşkilatları onun qanunsuz ittihamlarla tutulduğunu bəyan etməklə onu siyasi məhbus olaraq tanımışdır. Hal-hazırda o Penitensiar Xidmətin  12 saylı Cəza çəkmə Müəssisəsində saxlanılır.
Previous Post

İnsan Haqları Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əsasını təşkil etməlidir

Next Post

Jurnalistin atası Prezidentə müraciət edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.