“Azərbaycanda vəziyyət ağır olaraq qalır”. Human Rights Watch təşkilatının insan hüquqlarının vəziyyəti ilə bağlı illik qiymətləndirməsi məhz bu cümlə ilə başlayır.
Hesabatda 2007-ci ildən bəri həbsdə saxlanılan Eynulla Fətullayevin işi xüsusi qeyd edilir.
Norveçli sənədli film müəllifinin təcrübəsi də hesabatda qeyd olunur: “May ayında, Bakı aeroportunun təhlükəsizlik xidməti norveçli jurnalist Erlinq Borqeni məcbur etdi ki, öz kamerasını və yazılmış DVD disklərini yoxlanılan çantalarında yerləşdirsin. Osloya gələndən sonra Borqen gördü ki, Eynulla Fətullayev barədə sənədli film üçün hazırladığı bütün video material yoxa çıxıb”
Hesabatda parlament seçkiləri barədə yekun rəydə bildirilir ki, beynəlxalq müşahidəçilər seçkiləri beynəlxalq standartlara uyğun gəlmədiyi üçün tənqid ediblər.
Sənədin Birləşmək və Toplaşmaq Azadlığı başlığı altında olan hissəsi isə RATİ-nin Naxçıvan müxbirlərindən bəhs edilir: “Təhlükəsizlik işçiləri fəalların görüşdükləri insanları sorğu-sual edir, onları “öz təhlükəsizlikləri” üçün bu adamlarla əlaqələrini kəsməyə məcbur edir”.
“Həbsxanalarda geniş yayılmış işgəncə və pis rəftar faktları araşdırılmır, hökumət siyasi məhbusları həbsdə saxlamağa davam edir. QHT fəalları onların sayının 23-dən 45-ə qədər dəyişdiyini söyləyir.”
Hesabatın yekunu Azərbaycan hökumətinin ölkənin sistematik insan hüquqları pozuntularını araşdırmağa çağıran çoxsaylı beynəlxalq fiqur və təşkilatlara istinad edir: Bunlar sırasında – AŞ İnsan Hüquqları Komissarı Tomas Hammarberq, ABŞ Prezidenti Barak Obama, ABŞ Dövlət Katibi Hillari Klinton, və Avropa Şurası, Avropa Birliyi, BMT-nin İşgəncələr Əleyhinə Komitəsi var.
Tam hesabat: http://www.hrw.org/en/publications