“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏBASAR MÜXBİRİNİ HƏDƏLƏYİBLƏR

“Hürriyyət” qəzetinin Gəncəbasar bölgəsi üzrə müxbiri İkram Rafiqoğlunun mobil telefonuna gizli nömrədən zəng edərək ona hədə-qorxu gəliblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna İkram Rafiqoğlu özü məlumat verib. O bildirib ki, naməlum şəxslər zəng edərək onu tutduracaqları ilə hədələyərək, onlarla görüşməyi tələb ediblər. İ.Rafiqoğlu bununla bağlı Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Gəncə şəhər polis idarəsinə müraciət etdiyini də bildirib.
Xatırladaq ki, bir müddət öncə naməlum şəxlər tərəfindən İ. Rafiqoğlunun evinə basqın olmuşdu. Jurnalist bu təzyiqlərin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.
 
Previous Post

SƏYYARƏ HEYDƏROVA VAQİF AXUNDOVA İNANMIR

Next Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.