SƏYYARƏ HEYDƏROVA VAQİF AXUNDOVA İNANMIR

Bu gün (17) noyabr Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Səyyarə Heydərova Azərbaycan Respublikası prezidenti İlham Əliyevə təqdim etmək istədiyi məktub ətrafında yaranmış qalmaqalla bağlı mətbuat konfransı keçirib.

Konfransda çıxış edən S. Heydərova bildirib ki, noyabrın 16-da ona Apellyasiya Məhkəməsi və Respublika prokurorluğundan məktub gəlib. Hər iki məktubda Filarmoniya bağında keçirilmiş tədbir zamanı onun prezident İlhama Əliyevə təqdim etdiyi məktubunun aidiyyəti orqanlara göndərildiyi bildirilib.

      Lakin S. Heydərova ümumiyyətlə Filarmoniya bağında keçirilən tədbirdə olmadığını, məktubu isə 24 sentyabr 2009-cu il tarixdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova öz kabinetində təqdim etdiyini bildirib. Bununla yanaşı, məktubunun prezidentə təqdim edilməsinə şübhə ilə yanaşan S. Heydərova 11 noyabr tarixdə V. Axundovun katibinə zəng edərək məktubu presidentə şəxsən təqdim etmək niyyətində olduğunu bildirib: “Elə həmin gün polislər tərəfindən saxlanılaraq əvvəlcə Xətai rayon 37-ci polis bölməsinə, daha sonra isə Xətai rayon məhkəməsinə aparıldım. Hakim Leyla Talıbova səbəbini izah etməyərək 50 manat cərimə olunmağımla bağlı qərar verdi”.

      S. Heydərova həmçinin qeyd etdi ki, Prezidentin mühafizə xidmətinin əməkdaşı məhkəməyə gələrək ondan prezidentə məktub yazmayacağı ilə bağlı izahat yazmağını tələb edib: “Bundan sonra həmin əməkdaş məni evə gətirdi. Bu zaman nə yazdığımı xatırlamıram. Çünki məhkəmədə olarkən vəziyyətim pisləşdiyinə görə təcili yardım çağırılmış, onlar mənə iynə vurmuşdular”.

      Bütün bunlara baxmayaraq S. Heydərova prezidentlə görüşəcəyini və ona baş verən hadisələrlə bağlı şikayət edəcəyini bildirib.Buna səbəb isə Vaqif Axundovun şübhəli hərəkətləri olub.

      Xatırladaq ki, Suraxanı rayon Məhkəməsi vətəndaş Səyyarə Heydərovanı 4 nəfər kişini döyməkdə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1, 221.2, 221.3  maddələrinə əsasən ona bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsi barədə hökm  çıxarıb. Apellyasiya məhkəməsi 10 noyabrda Suraxanı rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Previous Post

ELAN!

Next Post

“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏBASAR MÜXBİRİNİ HƏDƏLƏYİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.