“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏBASAR MÜXBİRİNİN EVİNƏ BASQIN OLUB

Dünən (12 oktyabr) “Hürriyyət” qəzetinin Gəncəbasar bölgəsi üzrə müxbiri İkram Rafiqoğlunun evinə naməlum şəxslər tərəfindən basqın olub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən İkram Rafiqoğlu bildirib ki, bir neçə gün öncədən izlənildiyini hiss etsə də, buna əhəmiyyət verməyib. “Dünən mən evdə olmadığım zaman naməlum şəxs gələrək qapını döyüb. Həmin vaxt qayınanamla birlikdə evdə olan həyat yoldaşım onlara mənim evdə olmadığımı bildirib və qapını açmayıb. Ancaq həmin şəxs qapını daha bərk döyərək, qapını açmağı tələb edib. Bundan sonra həyat yoldaşım pəncərədən qışqıraraq qonşuları köməyə çağırıb. Mən evə qayıdarkən qonşuların onu qovduqlarını gördüm” – deyən jurnalist bildirib ki, hücum edən şəxsi tutmaq mümkün olmayıb.
İ.Rafiqoğlu onu da qeyd etdi ki, məsələ ilə bağlı bu gün (13 oktyabr) Gəncə şəhər polis idarəsinin rəisi Rasim Musayevlə görüşüb: “Rasim Musayev mənə bildirdi ki, bununla bağlı təhqiqat aparılacaq və həmin şəxslər tezliklə aşkar olunaraq istintaqa cəlb ediləcəklər” – məsələ ilə bağlı artıq tədqiqat şöbəsində araşdırma aparılır və hücum edən şəxsin fotorobotu hazırlanır.
Bölgə müxbiri baş verənlərin onun jurnalist fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

Previous Post

Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi 13.10.2009

Next Post

QƏNİMƏT ZAHİD RAUF ARİFOĞLUNA VƏ MİRZƏ SAKİTƏ MƏKTUB GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.