HƏYAT YOLDAŞI HÜSEYNOVUN QƏTLİNİN ÜSTÜNÜN AÇILACAĞINA İNANMIR

““Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmasına heç bir ümidim qalmayıb”.

Bu sözləri “Mediaforum” saytına açıqlamasında Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova (o hal-hazırda Norveçdə mühacirət həyatı yaşayır) deyib. O bildirib ki, “bu işin üstünün açılması Azərbaycan hakimiyyətinə sərf eləmir. Mən Norveçə gedəndən sonra Elmarın qətlini araşdıran müstəntiqlərlə və hüquq mühafizə orqanları ilə dəfələrlə əlaqə saxlamışam. Lakin həmişə “iş gedir, hələ heç bir yenilik yoxdur” kimi eyni cavablar verirlər”.  R. Hüseynovanın sözlərinə görə,  Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün sənəd hazırlanır. Bu işin əslində Azərbaycanın daxili işi olduğunu deyən Hüseynova bildirib ki, “buna görə Azərbaycan hakimiyyəti narahat olmalıdır”. Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilmişdi. Hal-hazırda işin istintaqı Milli Təhlükəsizlik Nazirliyində aparılır. Lakin qətlin sifarişçiləri və icraçıları hələ də azadlıqdadır.
Previous Post

AVROPA ŞURASININ KİV ÜZRƏ MİSSİYASI BAKIDA SƏFƏRDƏDİR

Next Post

RATİ ELMAR HÜSEYNOVA ABİDƏNİN UCALDILMASI İLƏ BAĞLI YENİDƏN PREZİDENTƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.