AVROPA ŞURASININ KİV ÜZRƏ MİSSİYASI BAKIDA SƏFƏRDƏDİR

Avropa Şurasının Kütləvi İnformasiya Vasitələri üzrə missiyası dünən (19 fevral) Bakıya gəlib.

Səfər fevral ayının 22-ə kimi davam edəcək.  Dünən Avropa Şurasının Bakı ofisində missiyanın üzvləri ilə Azərbaycanda fəaliyyət göstərən media təşkilatlarının nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı diffamasiya məsələləri, informasiya azadlığı ilə bağlı vəziyyət, İctimai Televiziyanın fəaliyyəti haqqında  və bu sahədə görülməli olan işlər barədə müzakirələr və məsləhətləşmələr aparılıb. Avropa Şurasının həyata keçirmək istədiyi layihələr haqqında da danışılıb. Görüşdə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, telekritik Zeynal Məmmədli, telejurnalist Qulu Məhərrəmli və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov iştirak edib.

Previous Post

YENİ TELEKANALLAR AÇILA BİLƏR

Next Post

HƏYAT YOLDAŞI HÜSEYNOVUN QƏTLİNİN ÜSTÜNÜN AÇILACAĞINA İNANMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.