18 OKTYABR SAAT 14.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində 2010-cu il parlament seçkiləri dövründə ümumrespublika telekanallarının və radioların monitorinqi üzrə ilkin nəticələr
açıqlanacaq. Parlament seçkisi zamanı mediada monitorinq layihəsi ATƏT-in Bakı ofisi tərəfindən dəstəklənir. Layihənin texniki dəstəyi Avropa Komissiyasının maliyyələşdirdiyi və RATİ tərəfindən həyata keçirilən layihə çərçivəsində təmin olunur.
Tədbirə jurnalistlər, telekanal və radio nümayəndələri, seçki üzrə ekspertlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidirlər.