“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

24 aprel tarixində həbs olunmuş “İdeal” qəzetinin təsisçisi Nazim Quliyev istintaq təcridxanasına köçürülüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən vəkil Elbrus Sarıvəlli bildirdi ki, həbs olunduğu gündən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan  N.Quliyev  aprelin 29-da Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında köçürülüb. Baş redaktorla bu gün (01 may) görüşdüyünü deyən vəkil vurğuladı ki, N.Quliyevin saxlanma şəraiti normaldır.
Vəkil onu da bildirdi ki, 08 may 2009-cu il tarixdə saat 10.00-da Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “İdeal” qəzetinin təsisçisinə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə qaldırılmış xüsusi ittiham qaydasında iddiaya əsasən məhkəmə prosesi keçiriləcək. N.Quliyevə qarşı Baş prokuror  yanında Korrupsiyaya qarşı  Mübarizə İdarəsi tərəfindən CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də irəli sürülmüş ittiham üzrə isə hələ də araşdırma gedir.
Xatırladaq ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın Nazim Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsinin hakimi Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb və məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuşdu.
Previous Post

NEFT AKADEMİYASINDA BAŞ VERMİŞ HADİSƏ İLƏ ƏLAQƏDAR ANIM MƏRASİMİDƏN VƏ PİKETDƏN GÖRÜNTÜLƏR

Next Post

“QƏRBİ AZƏRBAYCANIN SƏSİ” QƏZETİNİN ƏMƏKDAŞINA TƏZYİQ GÖSTƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.