“QƏRBİ AZƏRBAYCANIN SƏSİ” QƏZETİNİN ƏMƏKDAŞINA TƏZYİQ GÖSTƏRİLİB

Dünən (30 aprel) “Qərbi Azərbaycanın səsi” qəzetinin əməkdaşı Yaqub Allahyarova fiziki təzyiq göstərilib və hədə-qorxu gəlinib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Yaqub Allahyarovun özü məlumat verib. O bildirib ki, sakinlər tərəfindən redaksiyaya verilmiş məlumatı araşdırmaq məqsədilə dünən saat 12:30-da  Aşıq Molla Cümə küçəsi 15 ünvanında – uşaq meydançasında inşaat işləri aparılan ərazidə olub. Özünü yeni tikilən obyektin sahibi kimi təqdim edən İlqar adlı şəxs və daha 4 nəfər onu nalayiq sözlərlə təhqir edib və hədə qorxu gəliblər. “İlqar adlı şəxs Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayevin bibisi oğlu olduğunu dedi və özünü Dövlət Gömrük Komitəsinin məsul əməkdaşı kimi təqdim etdi. Sonra onlar mənim qollarımı tutaraq, zorla cibimdən jurnalist vəsiqəmi çıxartdılar və obyekt barədə məlumat hazırlamamağımı söyləyərək, hədə-qorxu gəldilər”.
“Qərbi Azərbaycanın səsi” qəzetinin baş redaktoru Muraz Musayev isə RATİ-yə bildirib ki, məsələ ilə bağlı hələlik qəzet vasitəsi ilə Prezident İlham Əliyevə və Daxili İşlər Naziri Ramil Usubova müraciət ediblər və yaxın günlərdə məhkəməyə də müraciət edəcəklər.
Previous Post

“İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

Next Post

İNTİQAM ƏLİYEVƏ QARŞI MƏHKƏMƏ QƏRARI ÇIXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.