“DAY. AZ” IN YENİ RƏHBƏRLƏRİ MƏLUM OLDU

“Day. az” və onun ingilisdilli versiyası olan “Today.az” layihələrinin yeni rəhbərləri məlum oldu.

Bu xəbəri “Lent.az” a layihələrin keçmiş təsisçisi Anar Məmmədxanov verib. A. Məmmədxanov öz açıqlamasında layihənin yeni təsisçisinin Qeyri Hökumət Təşkilatı olmasını bildirsə də, bu QHT-nin adını açıqlamayıb. Lakin O, “Day.az” ın yeni baş redaktorunun kimliyini açıqlayaraq, layihəyə “Trend” İnfornasiya-analitik agentliyinin direktoru İlqar Hüseynovun rəhbərlik edəcəyini bildirib.
Xatırladırıq ki, “Day.az” və onun ingilisdilli versiyası olan “Today.az” saytları 18 fevral tarixindən öz fəaliyyətlərini dayandırıblar. Saytların təsisçisi A. Məmmədxanov və baş redaktoru E. Baimov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdikləri açıqlamalarda bildirmişdilər ki, saytlar fəaliyyətlərini sırf texniki səbəbdən dayandırıb və fevral ayının 25-dən etibarən fəaliyyətlərini bərpa edəcəklər. Lakin hal-hazırda “Day.az” və “Today.az” saytları  öz fəaliyyətlərini bərpa etməyiblər.     
Previous Post

Ratinin həbsdə olan jurnalistlərə yardım marafonu

Next Post

JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ İDRAK ABBASOVA EDİLƏN TƏZYİQLƏRİ PİSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.