JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ İDRAK ABBASOVA EDİLƏN TƏZYİQLƏRİ PİSLƏYİR

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) tədqiqatçı jurnalisti İdrak Abbasova fevral ayının 20-də Naxçıvan Muxtar Respublikası (MR) Milli Təhlükəsizlik Nazirliyində edilən təzyiqləri pisləyib.

JMK-nin proqram direktoru Nina Oqnyanova RATİ-yə bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan hakimiyyətini baş vermiş bu hadisəni dərhal araşdırmağa və günahkarları cəzalandırmağa çağırıb.
Xatırladaq ki, İ. Abbasov və fevral ayının 20-də görüş adı ilə Naxçıvan MR-nın MTN-nə dəvət olunub. Jurnalist MTN əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb ermənilərlə əməkdaşlıq etməkdə günahlandırılıb. 
Previous Post

“DAY. AZ” IN YENİ RƏHBƏRLƏRİ MƏLUM OLDU

Next Post

RATİ HƏBSDƏ OLAN JURNALİSTLƏRƏ YARDIM MƏQSƏDİ İLƏ MARAFON KEÇİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.