AZƏRBAYCANDA “İDMAN AZƏRBAYCAN” TELEKANALI FƏALİYYƏTƏ BAŞLADI

2009-cu il yanvar ayının 1-dən Azərbaycanda  “İdman Azərbaycan” telekanalı fəaliyyətə başladı.

Azərbaycan televiziyası Qapalı Səhmdar  Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın  RATİ-yə verdiyi məlumatına görə, telekanal sınaq yayımlarını yanvarın 1-dən  22-dək sutka ərzində  3 saat olmaqla davam etdirəcək. Sonra verilişlərin yayımlanması müddəti 11 saata, daha sonra isə 12-15 saata çatdırılacaq. Onun sözlərinə görə, hələlik Bakı şəhərində yayımlanan telekanalın sınaq müddəti uğurla bitdikdən sonra, telekanalın verilişləri bütün ölkə ərazisində yayımlanacaq, habelə peyk vasitəsilə bu telekanalı xarici  ölkələrdə də izləmək mümkün olacaq.
X. Qasımova onu da qeyd etdi ki, telekanal beynəlxalq yarışları Azərbaycan dilində yayımlanmaqla yanaşı  futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə yerli və beynəlxalq yarışlar, idmanla bağlı sənədli filmləri  də yayımlanacaq.
Xatırladırıq ki, İdman kanalının açılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticəsi 2008-ci il iyulun 18-də elan edilib. Müsabiqənin nəticələrinə görə,  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti müsabiqənin qalibi elan edilib.
Previous Post

BEYNƏLXALQ İCTİMAİYYƏT “AZADLIQ”, “AMERİKANIN SƏSİ” VƏ BBC RADİOLARININ FM DALĞASINDA YAYILMASINI QADAĞAN EDƏN QƏRARI QINAYIR

Next Post

İNGİLTƏRƏNİN TÜRK İCMASI PREZİDENT ABDULLA GÜLƏ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MÜRACİƏT ÜNVANLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.