JURNALİSTİN EVİNİN ŞƏKLİNİ ÇƏKMƏKDƏ DAVAM EDİRLƏR

 Jurnalist İdrak Abbasov ətrafında  problemlər yenə də gündəmdədir. Dekabrın 10-da yenidən 90 XG 707 dövlət nömrə nişanlı ağ rəngli Mitsubişi CİP markalı maşın ilə gələn şəxslər jurnalistin evi9nin şəklini çəkiblər.

Qeyd edək ki, həmin şəxslər bir neçə gün öncə əməliyyat olunmuş jurnalistin evinin ətrafında   çəkilişlər aparıblar. İ.Abbasov prezident İlham Əliyev, mili təhlükəsizlik naziri Eldar Mahmudov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri  Ramil Usubov, KİV redaktorları, hüquq müdafiəçiləri, jurnalist təşkilatlarının rəhbərləri,  xarici ölkələrin və beynəlxalq qurumların Azərbaycanda akkreditə olunmuş missiyalarına müraciət edərək özünün, ailəsinin  və yaxınlarımın həyatına gözlənilən təhlükəni aradan qaldırmağa çağırıb. Amma görünür ki, nəticə yoxdur.
 “Mən bu gün yenidən polisə baş verənlərlə bağlı məlumat verdim. Bəlkə bu şəxslər mənə və ya ilə üzvlərimə qarşı  sui-qəsd hazırlayirlar”, – deyə jurnalist qeyd edib.

Previous Post

AZƏRBAYCANDA İFADƏ AZADLIĞININ DURUMU ÜRƏKAÇAN DEYİL

Next Post

NAXÇIVANDA HƏYƏCAN DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.