İLHAM ƏLİYEV QHT-LƏRİN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRAN FƏRMAN İMZALAYIB

Prezident İlham Əliyev dekabrın 25-də “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanunun tətbiqi ilə əlaqədar bəzi fərmanlara dəyişikliklər və əlavələr edilməsi barədə fərman imzalayıb.

Bu düzəlişlərə əsasən, hakimiyyət qrantlara nəzarət  edə və faktiki olaraq, QHT-lərə qrant əldə etməyi qadağan edə bilər.
Xüsusən, təsdiq edilmiş düzəlişlərdə belə bir ifadə  var: “Qeydə alınmayan qrant verilməsi və ya alınması  haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə  bilməz”. Sazişlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin üzərinə qoyulur.
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli RATİ-yə bildirib ki, bu fərman QHT-lərin sərbəst fəaliyyət göstərməsinə təhlükə yaratmaqla bərabər, bu fəaliyyəti hüquqi baxımdan məhdudlaşdırılır və Avropa Konvensiyasında nəzərdə tutulan birləşmə azadlığının pozulması deməkdir.

Bu məsələ ilə bağlı RATİ geniş şərh və bəyanat hazırlayır. Dekabrın 30-da şərh və bəyanat ictimaiyyətə təqdim olunacaq.

Previous Post

RADİO TEZLİYİN AYRILMAMAĞI İLƏ BAĞLI QƏRARDAN VERİLƏN ŞİKAYƏT TƏMİN EDİLMƏDİ

Next Post

BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARDA TƏŞVİQAT APARILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.