AİLƏ ÜZVLƏRİ HƏBSDƏ OLAN BLOQÇULARLA GÖRÜŞÜBLƏR

Avqustun 29-da  Hikmət Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (31 avqust)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H. Hacızadənin özü məlumat verib. O, gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.

 Digər gənc bloqçu, 5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Emin Millinin anası Natella Abdullayeva isə RATİ-yə bildirib ki, o özü oğlu ilə iki həftə öncə görüşüb. O, əlavə edib ki, bu günlərdə gəlini (E.Millinin həyat yoldaşı) Eminlə görüşüb. N.Abdullayeva RATİ-yə gənc bloqçunun rinit xəstəliyindən əziyyət çəkdiyini və onda  həbsxanada siqaret iyinə qarşı allergiya yarandığını bildirib.

Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri Adnan Hacızadə və Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 30.08.2010

Next Post

“KOMANDA” QƏZETİNİN ƏMƏKDAŞI BIÇAQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.