EYNULLA FƏTULLAYEV SÖZ AZADLIĞI MÜDAFİƏ KOMİTƏSİNİN FƏALİYYƏTİ İLƏ MARAQLANIB

Dünən (08 iyun) valideynləri 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüblər. Bu barədə RATİ-yə  jurnalistin anası Gülşən Fətullayeva məlumat verib.

Onun sözlərinə görə,  Fətullayev Söz Azadlığı Müdafiə Komitəsinin fəaliyyəti ilə maraqlanıb:
“Bizimlə görüşdə o, Söz Azadlığı Müdafiə Komitəsinin fəaliyyəti ilə maraqlandı və o, təşkilatın aksiya və jurnalistlərin müdafiəsi ilə bağlı tədbir keçirməməyinin səbəblərini soruşdu”, – deyə qeyd edən Fətullayeva habelə jurnalistin səhhətindən və saxlanma şəraitindən heç bir şikayətinin olmadığını söylədi.
“Bizdən bəzi kitabları ona çatdırmağımızı istədi. Gələn görüşdə biz  istədiyi kitabları ona çatdıracağıq”, – deyə Fətullayeva vurğuladı.

Previous Post

ANS “YENİ MÜSAVAT”İN 50 000 , QƏZETİN MÜXBİRİNİN İSƏ 10 000 AZN MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNMƏSİNİ İSTƏYİR

Next Post

BAŞ REDAKTORA OXUMAQ ÜÇÜN QƏZET VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.