QANUNUN TƏŞƏBBÜSKARI MƏLUM DEYİL

fevral 4th, 2008
Fevralın 1-də Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev bu il Azərbaycanda İnternet təchizi haqqında qanunun qəbul ediləcəyi barədə jurnalistlərə məlumat vermişdi.

Və söyləmişdi ki, “bu qanun heç bir şəkildə İnternetin nəzarət altına alınması, provayderlər arasında monopoliya yaranmasına səbəb olmayacaq və heç bir şəkildə İnternetin məzmununa müdaxilə etməyəcək”.
Bu qanuna zərurətin olub-olmadığını öyrənmək üçün RATİ Multimedia mərkəzinin rəhbəri Osman Gündüzlə əlaqə saxlayıb.  Gündüz bildirib ki,  “bu barədə dünən xəbər tutmuşuq. İnternet təchizi haqqında qanunun təşəbbüskarının kimliyindən, nəyi tənzimləyəcəyindən də xəbərimiz yoxdur. Mən düşünürəm ki,  bu məsələni  dəqiqləşdirmək lazımdır”.
RATİ məsələ ilə əlaqədar Səfa Mitzəyevə müraciət edib.