DAHA BİR QƏZET MƏHKƏMƏYƏ VERİLDİ

“İrəli” Gənclər Hərəkatının mətbuat katibi Mayıs Musayev “Yeni Çağ” qəzetini və qəzetin baş redaktoru Aqil Ələsgəri məhkəməyə verib.

Buna qəzetin dekabr ayında dərc olunan “Fətullahçıların “İrəli” hərəkat planı” başlıqlı məqalə səbəb olub. Bu haqda RATİ-yə məlumat verən A.Ələsgərli bildirib ki, “qəzetimdə M.Musayev haqqında yazı dərc etməyimə səbəb onun öz saytında mənim haqqımda şərəf və ləyaqətimə toxunan məqalələrin yerləşidirilməsi olub. Qəzetimdə dərc etdirdiyim yazıya görə isə M.Musayev məhkəmədən qəzetin bağlanmasını, təkzib verməsini və 60000 AZN məbləğində təzminat ödənilməsini tələb edir”. Baş redaktor eyni zamanda qeyd edib ki, “məhkəmədən əvvəl biz görüşüb məsələni həll etməyə çalışsaq da, M.Musayev məhkəmədə onun qalib gələcəyinə əmin olduğunu dedi”.
Qeyd edək ki, məhkəmə prosesi 14 fevral saat 16.00-da Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə keçiriləcək.

Previous Post

ÜZEYİR CƏFƏROV YENİDƏN POLİSƏ MÜRACİƏT EDƏCƏK

Next Post

QANUNUN TƏŞƏBBÜSKARI MƏLUM DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.