SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU HARAŞTİYƏ HÜCUMLARI PİSLƏDİ

Dünən Sülh və Demokratiya İnstitutu ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin müdafiəsinə dair bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, "Haraştiyə qarşı Azərbaycanın icra hakimiyyəti tərəfindən göstərilən münasibət beynəlxalq ictimaiyyətə respublikamızın hakimiyyət nümayəndələrinin Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların məqsəd və vəzifələrinin anlayışından nə qədər uzaq olduğunu bir daha göstərdi.   
Öz vətəndaşlıq borcunu peşəkarcasına yerinə yetirərkən Haraşti Azərbaycan hakimiyyətini azad söz, KİV və jurnalistlərə qarşı cinayət əməllərini dayandırmağa çağırıb. Bu çağırışı respublikanın milyonlarla vətəndaşı dəstəkləyir".
Bəyanatda hakimiyyət nümayəndələrinin reaksiyası İlham Əliyevin Avrointeqrasiya, beynəlxalq hüquq normalarına sadiqlik barədə bəyanatlarına ziddi addım kimi qiymətləndirilib. 

Previous Post

ƏFV OLUNMUŞ JURNALİST İŞƏ QƏBUL OLUNUB

Next Post

BAŞ REDAKTOR TƏZYİQLƏRLƏ ÜZLƏŞƏCƏYİNDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.