SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

mart 30th, 2010
Bu gün (30 mart) Sülh və Demokratiya İnstitutunda (SDİ) işgəncələr və vətəndaş cəmiyyətinin problemləri ilə bağlı Dəyirmi Masa keçirilib.

Tədbirdə çıxış edən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov İşgəncələrlə bağlı Azərbaycandakı mövcud vəziyyət barədə çıxış edib. O bildirib ki, bir müddət öncə Masallı rayon sakininin Nəsimi Rayon Polis İdarəsinin (RPİ) istintaq təcridxanasında özünü asaraq intihar etməsi ilə bağlı araşdırma aparıb və həmin şəxsə Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elçin Şiriyev tərəfindən işgəncə verilməsini aşkarlayıb. O, əlavə etdi ki, ölkədə işgəncə faktları ilbəil artmaqdadır.
Tədbirdə çıxış edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov vətəndaş cəmiyyəti institutlarının problemlərindən danışıb. O, bu problemlərin bəzilərinin vətəndaş cəmiyyətinin özündən asılı olduğunu deyərək əlavə etdi ki, xarici donorlarla əlaqədə yerli mütəxəssislərin az olması da belə problemlərdəndir. E.Hüseynov belə problemlərin həll olunmasında çıxış yolu kimi üçün xarici mütəxəssislərin dəvət olunmasını təklif etdi. O, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən QHT-lərin Maliyyə Nazirliyinə əlavə maliyyə hesabatı verməsini ilə bağlı problemə də toxundu.
    Tədbir iştirakçıları səslənən problemlərlə bağlı öz fikirlərini bildirdilər və müzakirələrdə qərar alındı ki, işgəncə faktları ilə bağlı SDİ hesabat hazırlayacaq və əlavələr edilməsi üçün digər təşkilatlara göndəriləcək.
    Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əsabəli Mustafayev bildirdi ki, Avropa Nazirlər Komitəsinin Avropa Şurasına üzv ölkələrdə olan QHT-lər haqqına Tövsiyəsinə əsasən QHT-lərlə bağlı hüquqi sənəd hazırlanaraq bu quruma göndriləcək. Həmçinin Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənovun ekspert kimi hazırladığı “QHT Qanunu” layihəsi də bu sənədə əlavə olunacaq.
    Dəyirmi Masada mərkəzdə fəaliyyət göstərən  QHT-lərlə yanaşı, regional QHT-lər və qəzetlərin (“Cənub xəbərləri”, “Yüksəliş Naminə”, “Gəncəbasar” qəzetləri) nümayəndələri də iştirak edirdilər.