REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU RAMİL USUBOVA MÜRACİƏT ETDİ

Bu gün (15 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov Daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə son zamanlar keçirilən kütləvi etiraz aksiyalarda kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı mülki geyimli polislər tərəfindən fiziki təzyiqlər edilməsindən narahatlıq ifadə olunub: 

 “Son dövrlər isə kütləvi tədbirlər, etiraz aksiyaları, sosial və hüquqi məsələlərlə görə yaranmış narazılıqlarla bağlı informasiya toplayarkən və ya monitorinq apararkən jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinin mülki geyimli polis əməkdaşlarının fiziki və mənəvi təzyiqləri ilə üzləşmələri adi hal alıb. Daha çox narahatçılıq yaradan amil isə mülki geyimli polis əməkdaşlarının jurnalistlər, hüquq müdafiəçiləri və digər şəxslərə qarşı münasibətlərinin heç bir qanunu tanımayan qoçuların davranışından fərqlənməməyidir. Həmin şəxslər özlərini mülki vətəndaş kimi təqdim etsələr də, əslində polis zabitlərinin əmrlərini icra edirlər. Belə ki, özlərinin təqdim etməyən mülki geyimli polislər xoş olmayan ifadələrdən istifadə etməklə jurnalistlərə və digər şəxslərə ərazini tərk etmək barədə əmrlər verirlər. Həmçinin bu tələblərini əsaslandırmadan peşə fəaliyyətini yerinə yetirən KİV və vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı kobud fiziki təzyiqlərdən – itələmə, geyimlərindən tutaraq dartma, hətta başqalarına hiss etdirmədən gizlin yumruq vurma hərəkətlərindən istifadə edirlər”.
     Bu kimi hallara misal olaraq, “Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi” (VCMK) koalisiyasının iyunun 19-u və 30-da  Milli Məclisin  qarşısında keçirdikləri aksiya zamanı və ya iyulun 8 və 9-da “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli və “OL” gənclər təşkilatının koordinatorlarından biri, Adnan Hacızadəyənin həbsi ilə bağlı Səbail Rayon Polis İdarəsi, habelə Səbail rayon Məhkəməsi qarşısında jurnalistlər və hüquq müdafiəçiləri mülki geyimli polislərin fiziki təzyiqlərinə məruz qalması göstərilib.

     Müraciətdə həmçinin bildirilir ki, vəzifə borcunu icra edərkən polis təzyiqi ilə üzləşmə halları ilə bağlı müxtəlif vaxtlarda məhkəmələrə müraciət olunub, bir neçə fakt üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib.

     Mülki geyimli polislərin Azərbaycan hökumətinə başıucalıq gətirməyən və qanunsuz əməlləri barədə ölçü götürülməsi, habelə analoji halların gələcəkdə təkrarlanmamasına görə tədbir görülməsin müraciətdə xüsusi vurğulanıb.

Previous Post

“HƏMRƏYLİK MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ BLOQCULARA DƏSTƏK OL!

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU AVROPA BİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.