REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovun “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi hədələməsini qətiyyətlə pisləyir

Belə ki,  “Gündəlik Bakı” qəzetinin  26 oktyabr 2011–ci il tarixində dərc olunmuş sayında Zaqatala RPŞ-də anarxiyanın hökm sürməsi barədə yazı dərc olunub. DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov redaksiya ilə əlaqə saxlayaraq iradlarını bildirib. Sonra qəzetə qəzetə təkzib göndərərək, həmin təkzibin  çap olunmasını  istəyib. Öz nöbəsində Habil Vəliyev ona zəng edib müəyyən dəqiqləşmələr aparıb.  Ehsan Zahidov ”sizin kimi jurnalistin beynini dağıtmaq lazımdır ki, şər-böhtan dolu yazılar yazmaqla ictimaiyyəti çaşdırmayasınız” – deyə baş redaktoru hədələyib.

           Bir gün sonra Zahidov mətbuata açıqlamasında   bildirib ki, bu ifadəni zor göstərmək mənasında deyil, beynin təmizlənməsi, saflaşması mənasında işlədib.

            RATİ DİN rəsmisinin hərəkətini vəzifəli şəxsin mətbuata nümayəndəsinə qarşı ölüm hədəsi  kimi qiymətləndirir.

RATİ bəyan edir ki, ölümlə hədələmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət məsuliyyəti yaradır.

            RATİ DİN rəhbərliyini və digər səlahiyyətli  qurumları jurnalistə hədə-qorxu gəlmiş Ehsan Zahidova  qarşı ölçü götürməyə çağırır.

Previous Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU HƏBS EDİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.