RATİ BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan Hökumətini 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatilləri və sifarişçilərini tapıb cəzalandırmağa  çağırır.

Belə ki,  2005-ci il martın 2-də evinin önündə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qətlinin icraçılarının və sifarişçilərinin tapılacağı barədə prezident İlham Əliyev söz vermişdi. Lakin jurnalistin ölümündən 7 il ötməsinə baxmayaraq nə bu qətlin sifarişçiləri, nə də ki icraçıları tapılmayıb. 2011-ci ildə qətlə yetirilmiş digər yazıçı-publisist Rafiq Tağının da qatilləri tapılmayıb.

Rati hesab edir ki, hökumət jurnalistlərin qətllərinin üstünü açmaqda maraqlı deyil və buna görə də uzun müddət keçməsinə baxmayaraq jurnalistin qətlinin üstü açılmayıb.

RATİ bildirir ki,  Azərbaycan jurnalistlərin təhlükəsizliyi təmin edilmir. Belə ki, jurnalistlər qətlə yetirilir, oğurlanır, fiziki və psixoloji təzyiqlərə məruz qalırlar. Lakin hökumət bu hadisələri obyektiv araşdırmır və jurnalistlərə edilən hərəkətlərə görə heç kim cəzalandırılmır.

Bununla yanaşı hal-hazırda müxtəlif saxta ittihamlara (narkotik maddə, qanunsuz silah gəzdirmə və xuliqanlıq) 5 media nümayəndəsi (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural” qəzetinin bölgə müxbiri Aydın Caniyev, islamazeri.az internet saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər ” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı və İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramin Dadaşov ) həbs olunub. Bütün bunlar ifadə azadlığını məhdudlaşdırmağa yönəlmiş addımlardır  və bu addımlar da jurnalistlər arasında daxili senzuranın yaranmasına gətirib çıxaracaq.

RATİ narahatdır ki, bu gün jurnalistlərin həyatı təhlükədədir və onlar peşə fəaliyyətlərini yetirə yetirən zaman da təhlükəsizlikləri təmin edilmir.

RATİ Azərbaycan hökumətini üzv olduğu BMT, ATƏT və Avropa Şurası qarşısında ifadə azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə səsləyir.

RATİ bir daha Azərbaycan hökumətini qətlə yetirilmiş jurnalistlərin qatillərini tapıb cəzalandırmağa və həbsdə olan 5 media nümayəndəsini azad etməyə çağırır

Previous Post

QƏTLİNİN NÖVBƏTİ İLDÖNÜMÜNDƏ ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLDİ

Next Post

ELMAR HÜSEYNOVUN XATİRƏSİ ANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.